Benzia millinin heyətində fərqləndi
11.06.2025 - 10:19

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, sözügedən komanda İsveçlə qarşılaşıb.
Matç skandinavların qələbəsi ilə başa çatıb – 4:3.
Benzia 2-ci hissədə meydana daxil olub və bir qol, bir məhsuldar ötürmə müəllifi olub.
0
0