“Beşiktaş” mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı El Bilal Ture ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi malili hücumçunun transfer hüquqlarını tam almaq üçün fəaliyyətə başlayıb.
Bu barədə “Africafoot” nəşri məlumat yayıb.
Bildirilir ki, “qara qartallar”ın rəhbərliyi futbolçunun çıxışından razıdır və onun komandada qalmasını istəyir. Bu səbəbdən klubun yaxın vaxtlarda oyunçunun məxsus olduğu “Atalanta” ilə rəsmi danışıqlara başlaması planlaşdırılır.
Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi