“Konyaspor” müdafiəçisi Adil Demirbağla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Konya təmsilçisi 28 yaşlı futbolçu üçün tələb etdiyi məbləği müəyyənləşdirib.
Ajansspor-dan Salim Manavın məlumatına görə, “Konyaspor” Adil Demirbağ üçün 6-7 milyon avro aralığında transfer haqqı istəyir. Klub məntiqli barter və əlavə ödəniş təkliflərinə də açıqdır.
Türkiyəli müdafiəçi ilə “Beşiktaş” və “Trabzonspor”un maraqlandığı bildirilir. “Konyaspor” isə yalnız sərfəli şərtlər yaranacağı halda futbolçunun ayrılığına razılıq verəcək.
Qeyd edək ki, Adil Demirbağ 2025/2026 mövsümündə “Konyaspor”un heyətində Super Liqada 24 oyuna çıxıb, 2 qol vurub.
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır