“Beşiktaş”da ciddi itki
16.10.2024 - 20:26
“Beşiktaş”da ciddi itki

"Beşiktaş"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Milot Raşitsa zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu Kosovo yığmasının düşərgəsində sıradan çıxıb. O, UEFA Millətlər Liqasının Kiprlə oyununda (3:0) ayaq əzələsindən xəsarət alıb.

Raşitsa "Qalatasaray"la keçiriləcək derbi matçını buraxmalı olacaq. O, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

0