“Beşiktaş”da ciddi itki
09.02.2025 - 13:25

Super Liqa təmsilçilərindən “Beşiktaş” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Gedson Fernandes sıradan çıxıb. O, “Sivasspor”la səfər matçında (2:0) zədə alıb.
Gedsonun son durumu tibbi müayinədən sonra bilinəcək.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm Super Liqada 20 oyunda 3 qol vurub.
0
0