“Beşiktaş”da yeni müqavilə
12.02.2025 - 18:39
![“Beşiktaş”da yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2025/february/12/big/67acb2d466ee567acb2d466ee6173937122067acb2d466ed867acb2d466ee4.jpg)
Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş”ın prezidenti Serdar Adalı bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, komanda uzun illərdir “qara qartallar”ın şərəfini qoruyan Necip Uysalla müqavilə imzalayacaq.
Adalı futbolçunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb:
"Necip ilk müqaviləsini imzalayanda orada idim. Sevinirəm ki, son müqaviləsini də mənimlə birlikdə imzalayacaq".
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü "Beşiktaş"ın yetirməsidir.
0
0