"Beşiktaş"dan Moskva klubuna
31.07.2025 - 20:22

Türkiyə təmsilçilərindən "Beşiktaş" futbolçusu Gedson Fernandesin Rusiya klubuna keçidini açıqlayıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Moskva "Spartak"ına keçib.
Rusiya klubu Gedson Fernandesin transferi üçün "Beşiktaş"a 20 milyon 779 min 220 avro ödəyəcək. “Ağ-qaralar” həmçinin Moskva “Spartak”ından əlavə 7 milyon 272 min 729 avro şərti bonus alacaq.
Qeyd edək ki, "Benfika"nın yetirməsi karyerasına Türkiyədə "Qalatasaray"da oynayaraq başlayıb.
0
0