"Beşiktaş"dan növbəti transfer
15.07.2025 - 11:58

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Sauthempton” klubundan ayrılan Kayl Uolker-Peterslə razılıq əldə edib.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Cinah müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, “Beşiktaş” daha əvvəl “Roma”dan Temmi Abrahamı və “Benfika”dan Orkun Kökçünü heyətinə qatıb.
0
0