"Beşiktaş"dan seçki qərarı: Tarix bəlli oldu
22.12.2024 - 12:54
"Beşiktaş"dan seçki qərarı: Tarix bəlli oldu

Super Liqa təmsilçilərindən "Beşiktaş"da növbədənkənar seçkilərin keçiriləcəyi ümumi yığıncaq təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə "ağ-qara" klubun rəsmi sosial media hesabında paylaşım edilib. 

Açıqlamada bu gün keçirilməsi planlaşdırılan, lakin kifayət qədər səs çoxluğu əldə olunmayan növbədənkənar ümumi yığıncağın dekabrın 29-u keçiriləcəyi bildirilib.

Qeyd edək ki, "Beşiktaş"da prezidentlik uğrunda Hüseyn Yücel və Serdal Adalı mübarizə aparacaq.

0