Moskvanın “Spartak” klubu müdafiə xəttini gücləndirmək üçün yeni transfer planı üzərində çalışır.
Apasport.az xəbər verir ki, komanda “Beşiktaş”da çıxış edən müdafiəçi Feliks Uduokhai ilə bağlı danışıqlara başlamağa hazırlaşır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, 26 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsinin müddətinin bitməsinə bir il qalıb.
“Qara qartallar”ın da yay transfer pəncərəsində onunla yollarını ayırmağa hazır olduğu bildirilir. Uduokhainin özü də Moskva klubuna keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Spartak” daha əvvəl “Beşiktaş”dan portuqaliyalı yarımmüdafiəçi Jedson Fernandesi transfer etmişdi.