"Beşiktaş"ın forvardı zədələnib
10.10.2025 - 16:57
"Beşiktaş"ın forvardı zədələnib

"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, istanbul təmsilçisinin hücumçusu El Bilal Ture sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardın ayaq əzələsində zədə aşkarlanıb. Malili oyunçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" El Bilal Tureni bu ilin avqust ayında "Atalanta"dan icarəyə götürüb.