“Beşiktaş”ın futbolçusu "Monako"da - RƏSMİ
04.02.2025 - 00:21
“Beşiktaş”ın yarımmüdafiəçisi Əl-Musrati karyerasını “Monako”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, liviyalı oyunçu mövsümün sonuna qədər Fransa təmsilçisinin heyətində çıxış edəcək.
Yeni baş məşqçi Sulşerin sərəncamında görmək istəmədiyi yarımmüdafiəçi yeni klubunda "8" nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, 28 yaşlı futbolçu ötən ilin fevralında Türkiyə klubuna qoşulub.
Qeyd edək ki, Əl-Musrati bu mövsüm “Beşiktaş”ın heyətində çıxış etdiyi 25 oyunda 2 qol vurub.
0
0