"Beşiktaş"ın sabiq üzvü "Feyenoord"da - RƏSMİ
03.09.2025 - 10:51
"Beşiktaş"ın sabiq üzvü "Feyenoord"da - RƏSMİ

"Feyenoord" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Malyorka" forması geyinən Kayl Larini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 30 yaşlı hücumçu bir illik icarə əsasında Niderland təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Kanada millisinin üzvü olan Larin daha əvvəl "Beşiktaş", "Orlando Siti", "Zulte Varegem", "Real Valyadolid" və "Brügge" kimi komandalarında da çıxış edib.