Bolqarıstan - Türkiyə matçının hakimi bəlli olub
09.10.2025 - 16:16

DÇ-2026-nın Avropa seçmə mərhələsində Bolqarıstan - Türkiyə matçını portuqaliyalı hakim Luis Qodinyo idarə edəcək.
Apasport.az xəbər verir ki, Qodinyoya Rui Teyşeyra və Pedro Almeyda kömək edəcək.
Matçın dördüncü hakimi isə Migel Nogueira olacaq. Andre Narciso VAR hakimi, Helder Malheiro isə AVAR hakimi olacaq.
Türkiyə millisinin səfər oyunu oktyabrın 11-də Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda keçiriləcək. Matç saat 22:45-də başlayacaq.
0
0