Bonifeys Bundesliqada klubunu dəyişib
02.09.2025 - 09:49
Bonifeys Bundesliqada klubunu dəyişib

"Bayer"in hücumçusu Viktor Bonifeys Bundesliqada klubunu dəyişib.

Apasport.az xəbər verir ki, 24 yaşlı oyunçu "Verder"ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvard bir illik icarə əsasında "Verder"in uğurları üçün çalışacaq. Oyunçunun müqaviləsində satınalma bəndi də yer alıb.

Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Bonifeys ötən mövsüm "Bayer"in heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 assistlə yadda qalıb.