“Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər
09.11.2025 - 16:49
“Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər

“Bornmut”un üzvü Antuan Semenyo qışda klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Liverpul" hücumçu ilə yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mersisayd klubu 25 yaşlı futbolçu üçün 74 milyon avronu gözdən çıxarıb. Oyunçunun özü də “Liverpul”a qoşulmaq istəyir.

Qeyd edək ki, Qana millisinin üzvü bu mövsüm "Bornmut"un heyətində iştirak etdiyi 10 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.