"Brayton" "Lids"ə 50 milyon avro ödəyəcək
15.08.2024 - 14:15
Premyer Liqa təmsilçilərindən "Brayton" "Lids"in hücumçusu Jorginyo Rutterin transferi üçün sərbəst qalma məbləği ödəməyə qərar verib.
Apasport.az "Sky Sports"a istinadla xəbər verir ki, "Brayton" 50 milyon avro təzminat ödəməyə razılaşıb.
22 yaşlı Rutter "Brayton" tarixinin ən bahalı transferi olacaq.
Almaniyalı 2023-cü ilin yanvarında "Hoffenhaym"dan "Lids"ə keçib. Son Çempionatda Rutter 6 qol vurub, 15 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Brayton”un baş məşqçisi Fabian Hürzeler əvvəllər Almaniyanın gənclər yığmasında menecer köməkçisi olduğu müddətdə Rütterlə çalışıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0