"Vulverhempton"un hücumçusu Mateus Kunyanın "Mançester Yunayted"ə transferi yekunlaşmaq üzrədir.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı forvardla şəxsi müqavilənin detallarını razılaşdırıb.
Bu barədə insayder Fabritsio Romano məlumt yayıb.
"Mançester Yunayted" Kunyanın klubu ilə danışıqları davam etdirir. Keçidin yayda yekunlaşmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib.
Braziliya millisinin üzvü olan 25 yaşlı forvard bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 34 rəsmi matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qallb.
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO