Braziliyalı idmançı dopinqə görə diskvalifikasiya edilib
13.08.2024 - 17:37
Peşəkar boks üzrə ağır çəkidə dünya çempionu olan braziliyalı Bruno Kapelloza cəzalandırılıb.
Apasport.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün bir il müddətinə diskvalifikasiya edilib.
Onun qanında istifadəsi qadağan olunmuş maddələr aşkar edilib. Bununla da B. Kapelloza artıq ikinci dəfədir ki, antidopinq testindən keçə bilmir. Ötən il boksçunun orqanizmində drostanolon metaboliti maddəsi tapılıb. Bu, onun 9 ay müddətinə diskvalifikasiya edilməsinə səbəb olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0