“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu PSJ-nin hücumçusu Bredli Barkolanı transfer edib.
Keçid “Liverpul” tərəfindən rəsmən açıqlanıb.
23 yaşlı Fransa millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayıb. “Liverpul” Barkola üçün PSJ-yə ilkin olaraq 106 milyon funt sterlinq ödəyəcək. Bonuslarla transferin ümumi məbləği 123 milyon funta çata bilər.
Barkola “Liverpul”da 29 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Barkola 2023-cü ildən PSJ-də çıxış edirdi. O, Paris klubunun heyətində 152 matçda 39 qol vurub və 35 məhsuldar ötürmə edib. Fransa təmsilçisi ilə ardıcıl iki dəfə Çempionlar Liqasının qalibi olub.