Bu gün "Mançester derbisi" baş tutacaq
10.08.2024 - 13:50
Bu gün İngiltərədə 2024/25 mövsümünün ilk kuboku öz sahibini tapacaq.
Apasport.az xəbər verir ki, İngiltərə Superkubokunda "Mançester derbisi" baş tutacaq.
Londonun məşhur "Uembli" stadionunda təşkil ediləcək matçda Premyer Liqanın son çempionu "Mançester Siti" ilə, ötən mövsüm ölkə kubokunun finalında məhz "şəhərlilər"i məğlub edən "Mançester Yunayted" qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00 da start götürəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0