Bundesliqanı Premyer Liqaya dəyişə bilər
31.05.2025 - 01:34

"Leypziq"in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Arsenal" sloveniyalı futbolçunu transfer etməyə yaxındır.
Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Arsenal" 21 yaşlı forvard üşün 80 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Xatırladaq ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib.
Sloveniya millisinin üzvü başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0