Ceko İtaliya A Seriyasına qayıdır
04.06.2025 - 09:16
Ceko İtaliya A Seriyasına qayıdır

Bir neçə gün əvvəl "Fənərbaxça"dan ayrılan Edin Cekonun yeni ünvanı bəlli olub.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, bosniyalı futbolçu karyerasını İtaliyada davam etdirəcək.

İddialara görə, Ceko İtaliya təmsilçilərindən "Komo" ilə anlaşıb.

39 yaşlı forvard "Komo" ilə müqavilə imzalamaq üçün qısa müddətə Bosniyadan ayrılacaq. Tərəflər arasında 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Ceko daha əvvəl İtaliyada "Roma" və "İnter"in şərəfini qoruyub.