"Çelsi" daha bir futbolçunun keçidini həll edib
12.09.2025 - 16:32
"Çelsi" daha bir futbolçunun keçidini həll edib

"Çelsi" daha bir futbolçunun keçidini həll edib.

Apasport.az xəbər verir ki, "zadəganlar" "Strasburq" forması geyinən Emanuel Emeqanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 22 yaşlı niderlandlı forvardla mövsümün sonunda rəsmi müqavilə imzalanacaq. Hücumçu həmin vaxta qədər Liqa 1 təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, Emeqa ötən mövsüm "Strasburq"un heyətində çıxış etdiyi 29 rəsmi matçda 14 qol, 3 assistlə yadda qalıb.