"Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır
27.05.2025 - 08:56
"Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır

“Strasburq”un hücumçusu Emanuel Emeqa karyerasını Londonun “Çelsi” klubunda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, "mavilər" niderlandlının transferini bu yay tamamlamağı planlaşdırır.

Emeqa Liqa 1-də 27 matçda iştirak edib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Transfermarkt" 22 yaşlı forvardın dəyərini 20 milyon avro olaraq qiymətləndirir.