“Çelsi” Londonda darmadağın oldu - VİDEO
19.09.2026 - 09:58
İngiltərə Premyer Liqasında V tura start verilib.
Apasport.az xəbər verir ki, “Çelsi” səfərdə “Brentford”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Brentford”un heyətində Caydon Entoni 61-ci, İqor Tiaqo 83-cü, Fabio Karvalyo isə 90+4-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra “Brentford” xalını 9-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. 7 xalı olan “Çelsi” isə 7-ci sırada qərarlaşıb.
“Brentford” – “Çelsi” – 3:0
Qollar: Caydon Entoni, 61; İqor Tiaqo, 83; Fabio Karvalyo, 90+4.
0
0