“Çelsi” niderlandlını istəyir - 80 milyon avro ödəməyə hazırdır
03.08.2025 - 13:09

“Leypsiq”in niderlandlı yarımmüdafiəçisi Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Çelsi” ciddi şəkildə maraqlanır.
London klubunun baş məşqçisi Enzo Mareska Simonsu şəxsi sərəncamında görmək istəyir. “Zadəganlar” yarımmüdafiəçinin transferi üçün 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Xavi Simonsun “Leypsiq”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
0
0