“Çelsi” Palmerin adını iştirak ərizəsinə daxil etmədi
05.09.2024 - 19:08
“Çelsi” Palmerin adını iştirak ərizəsinə daxil etmədi

Koul Palmer Konfrans Liqasında çıxış etməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı açıqlama yayıb.

"Çelsi" yarımmüdafiəçini turnirin iştirak ərizəsinə daxil etməyib. Həmçinjn Uesli Fofana və Romeo Lavia siyahıda yer almayıb.

Qeyd edək ki, Palmer ötən mövsüm 25 qol vurub, 15 ötürmə edib.

0