"Çelsi" yeni transferini açıqlayıb
21.08.2024 - 16:51
"Çelsi" yeni transferini açıqlayıb

İngiltərənin "Çelsi" klubu hücumçu Joao Feliksin transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, London təmsilçisi portuqaliyalı ilə 5 illik müqavilə bağlayıb.

Feliksin transfer hüququ "Atletiko Madrid"ə məxsus olsa da, ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.

O, katalonların heyətində meydana çıxdığı 44 matçda 10 qol vurmağı bacarıb.

0