"Çelsi"dən "Börnli"yə - RƏSMİ
07.08.2025 - 15:17

“Çelsi”nin futbolçusu Lesli Uqoçukvunu Premyer Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Börnli”yə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa klubu 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. “Börnli” bu keçid üçün qarşı tərəfə 28,7 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lesli ötən mövsümü icarə əsasında “Sauthempton”da çıxış edib.
0
0