“Çelsi”dən Yunus Akgün bombası
06.01.2025 - 20:54
İngiltərə Premyer Liqası təmsilçilərindən “Çelsi” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Yunus Akgünü qışda transfer etmək istəyir.
London təmsilçisi “Qalatasaray”da çıxış edən 24 yaşlı oyunçunu rənglərinə bağlayıb, “Strazburq”a icarəyə göndərmək istəyir.
Transfer reallaşarsa Yunus pulsuz şəkildə Avstriya təmsilçisinə qoşulacaq.
Premyer Liqa klubunun futbolçunun püxtələşməsi üçün belə bir qərar verəcəyi bildirilib.
Qeyd edək ki, bu mövsüm 24 matçda iştirak edən Akgün 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
1