"Çelsi"nin futbolçusu Türkiyə klubunda
14.09.2024 - 17:33
"Çelsi" hücumçusu David Datro Fofananı icarəyə verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fil Dişi Sahili milli komandasının üzvünü "Göztəpə"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı forvard 2024/2025 mövsümünü İzmir təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Çelsi" David Datro Fofananı 2023-cü ilin yanvar ayında Norveçin "Molde" klubundan transfer edib. Gənc hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Börnli"də transfer edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0