"Çelsi"nin hücumçusu 3 ay OYNAYA BİLMƏYƏCƏK
12.09.2025 - 13:48
"Çelsi"nin hücumçusu 3 ay OYNAYA BİLMƏYƏCƏK

“Çelsi”nin zədəli futbolçusu Liam Delapın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu təxminən 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, ingiltərəli forvard Premyer Liqanın III turu çərçivəsində keçirilən "Fulhem"lə görüşdə (2:0) zədələnmişdi.