“Çelsi”nin sabiq baş məşqçisi ABŞ millisi ilə anlaşıb
15.08.2024 - 11:31

Premyer Liqa təmsilçilərindən “Çelsi”nin sabiq baş məşqçisi Maurisio Poçettino özünə yeni komanda tapıb
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis ABŞ millisinə rəhbərlik etməyə razılaşıb.
Poçettino ötən mövsümün sonunda rəhbərliklə qarşılıqlı razılaşma əsasında “Çelsi”dən ayrılmışdı. London klubu argentinalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vurub. O, əvvəllər heç vaxt milli komanda çalışdırmayıb.
Maurisio Poçettino daha əvvəl “Espanyol”, “Sauthempton”, “Tottenhem” və PSJ-nin baş məşqçisi kimi də çalışıb.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0