"Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq
26.09.2025 - 15:16
"Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq

“Çelsi”nin gənc ulduzu Kol Palmer zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Enzo Mareska jurnalistlərə açıqlama verib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Kol Palmer bu mövsüm “zadəganlar”ın heyətində 10 rəsmi oyuna çıxıb və 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.