"Çelsi"yə qanalı ulduz - Danışıqlar başladı
21.06.2025 - 10:22
"Çelsi"yə qanalı ulduz - Danışıqlar başladı

“Vest Hem”in hücumçusu Muhammed Kudus karyerasını Premyer Liqanın başqa komandasında davam etdirə bilər.

Apasport.az “The Guardian”-a istinadən xəbər verir ki, “Çelsi” 24 yaşlı futbolçunu transfer etmək istəyir. 

Klub artıq “Vest Hem”lə danışıqlara başlayıb.

“Transfermarkt” portalı Kudusun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Qanalı futbolçu son mövsümdə İngiltərə Premyer Liqasında 32 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.