Çempionlar Liqasında 2021/22 mövsümünün ən yaxşıları bəlli olub.
Apasport.az saytının məlumatına görə, UEFA turnirin ən yaxşı futbolçusunu, ən yaxşı gənc oyunçunu və rəmzi komandanı açıqlayıb.
“Real”ın heyətində Avropanın ən yaxşısı olan Kərim Benzema mövsümün futbolçusu seçilib. 15 qolla turnirin bombardiri olan fransalının komanda yoldaşı Vinisius Junior gənclər arasında ən yaxşı adına layiq görülüb.
Hər iki futbolçu Çempionlar Liqasının rəmzi komandasına da daxil edilib:
Qapıçı: Tibo Kurtua (“Real”);
Müdafiəçilər: Endi Robertson, Vircil van Deyk, Trent Aleksander-Arnold (hamısı “Liverpul”), Antonio Rudiger (“Çelsi”);
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Fabinyo (“Liverpul”), Kevin de Bryune (“Mançester Siti”);
Hücumçular: Kərim Benzema, Vinisius Junior (hər ikisi “Real”), Kilian Mbappe (PSJ).
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi