Çempionşipə düşdü - KOMANDADAN GÖNDƏRİLDİ
27.06.2025 - 13:52
Çempionşipə düşdü - KOMANDADAN GÖNDƏRİLDİ

Bu mövsüm İngiltərə Premyer Liqasını 25 xalla turnir cədvəlini 18-ci sırada tamamlayaraq Çempionşipə yuvarlanan "Lester Siti"də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, "tülkülər"in baş məşqçisi Ruud Van Nistelrooy komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 48 yaşlı mütəxəssislə bağlanmış müqaviləyə xitam verilib.

Qeyd edək ki, “Lester Siti” Nistelrooyun rəhbərliyi altında keçirdiyi 24 liqa oyununda cəmi 2 qələbə qazanmışdı.