Çexiya millisinin baş məşqçisi istefa verib
15.10.2025 - 20:20

Çexiya millisinin baş məşqçisi İvan Haşek istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb.
DÇ-2026-nın Avropa seçmə mərhələsində Farer adalarına uduzduqdan sonra baş məşqçinin gedişi rəsmiləşib.
O, 2024-cü ildən komandanı çalışdırırdı.
DÇ-2026-nın Avropa seçmə mərhələsində L qrupunda yer alan Çexiya bu qrupda Xorvatiya, Farer adaları, Monteneqro və Cəbəllütariqlə mübarizə aparıb.
Çexiya yeddi oyundan sonra 13 xalla ikinci yerdədir.
0
0