“Çox çətin oyun oldu. Hər bir xal və hər bir qələbə bizim üçün çox önəmlidir”.
Apasport.az saytının məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun azərbaycanlı futbolçusu Mahir Emreli klubun rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.
25 yaşlı forvard Xorvatiya çempionatının XXX turunda “Riyeka” üzərində 2:1 hesablı səfər qələbəsini dəyərləndirib. Azərbaycan millisinin hücumçusu zaqreblilərin heyətində ilk qolu vurmasına da münasibət bildirib: “Oyuna yaxşı başlamadıq. Çox bəsit qol buraxdıqdan sonra nəzarəti ələ aldıq. İstədiyimiz qolları ikinci hissədə vurduq. “Dinamo”nun heyətində ilk qolumu vurduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, belə də davam edəcəyəm. Bu qol mənim üçün də titul qazanmaq baxımından çox vacibdir. Bütün komandamı və azarkeşlərimizi təbrik edirəm. Zövq almaqda davam etsinlər”.
Qeyd edək ki, “Dinamo” hazırda 63 xalla çempionata başçılıq edir.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib