Daha bir futbolçu Dünya Çempionatını buraxacaq - ZƏDƏYƏ GÖRƏ
16.05.2026 - 00:33
Yaponiya milli komandası dünya çempionatına ciddi itki ilə yollanacaq.
Apasport.az xəbər verir ki, Kaoru Mitoma mundialda yığmaya kömək edə bilməyəcək.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Brayton"un yarımmüdafiəçisinin adı DÇ-2026 üçün 26 nəfərlik heyətə daxil edilməyib. 28 yaşlı vinger bud əzələsindən zədə alıb və bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kaoru Mitoma cari mövsümdə "Brayton"un heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
0
0