Dalota İspaniyadan müştəri
02.01.2025 - 20:48
“Real”ın transfer siyahısında yer alan daha bir müdafiəçinin adı bəlli olub.
Apasport.az xəbər verir ki, İspaniya klubu Dioqo Dalotu heyətinə qatmaq istəyir.
Madrid təmsilçisi bu ay “Mançester Yunayted”ə təklif göndərməyi planlaşdırır.
“Real” Dioqo üçün 50 milyon avro ödəməyə hazırdır. Klub rəhbərliyi Trent Aleksandr-Arnoldun keçidi ilə bağlı qeyri-müəyyənlik olduğu üçün bu addımı atmağa ehtiyac duyub.
Dalot cari mövsümdə Premyer Liqada 19 oyunda 1 assistə imza atıb.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0