Danimarka millisinin kapitanı karyerasını bitirib
13.01.2025 - 13:57
Yayda "Milan"ı tərk edən Simon Kyaer futbolçu karyerasını bitirib.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama yayıb.
Danimarka millisinin sabiq kapitanı Kyaer 35 yaşında peşəkar futboldan ayrılıb.
O, "Palermo", "Roma", "Atalanta", "Milan", "Volfsburq", "Lill", "Fənərbaxça" və "Sevilya" klublarının formasını geyinib. O, Kristian Eriksendən sonra millidə ən çox oyun keçirən 2-ci futbolçu olub.
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
0
0