Danimarka millisinin üzvü "Hamburq"da - RƏSMİ
14.07.2025 - 11:23

Yeni mövsümdə Bundesliqada çıxış etməyə haqq qazanan “Hamburq” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Leypsiq”in hücumçusu Yussuf Poulseni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Hamburq” bu keçid üçün qarşı tərəfə 1 milyon avro ödəyəcək.
Qeyd edək ki, Danimarka millisinin üzvü olan Poulsen 2013-cü ildən “Leypsiq”də çıxış edirdi. O, bu komandanın heyətində 425 rəsmi oyunda 95 qol vurub və 66 məhsuldar ötürmə edib.
0
0