Danimarkalı mütəxəssis "Bayer"də - rəsmi
08.09.2025 - 17:15
Danimarkalı mütəxəssis "Bayer"də - rəsmi

"Bayer"in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisinə Kasper Yulman başçılıq edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yulmen son dəfə Danimarka millisinə rəhbərlik edib.