DÇ-2022-də çalışan hakimlərin qazancı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qətərdəki dünya çempionatına dəvət alan hər baş hakim 70, assistentlər 25 min dollar verilib.
Ədalət təmsilçiləri bundan başqa qonorarlar da alırlar. Qrup mərhələsində hər matç üçün baş hakimlər 5, videohakimlər 3, köməkçilər və dördüncü hakimlər 2,5 min dollar əldə edəcək.
1/8 finaldan başlayaraq qonorarlar artacaq. Baş hakimlər 10, digər ədalət təmsilçiləri 5 min dollar qazanacaq.
Qeyd edək ki, Qətərdə 36 baş hakim, 69 assistent və 24 videohakim çalışır. Hər qarşılaşmada 10 ədalət təmsilçisi yer alır.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq