De Yonqa yeni təklif
21.06.2022 - 22:29
“Sevilya”nın futbolçusu Lük de Yonq yeni təklif alıb.
Apasport.az saytının məlumatına görə, niderlandlı hücumçu karyerasını vətənində davam etdirə bilər.
Onun xidmətində PSV maraqlıdır. Eyndhoven təmsilçisinin yeni baş məşqçisi Rud van Nistelroy 31 yaşlı hücumçunu qaytarmaq istəyir.
Amma “Sevilya”nın istədiyi məbləğ niderlandlıları qane etmir. PSV bir futbolçu üçün 6 milyon avro ödəmək gücündə deyil.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Barselona”da keçirən hücumçu 2014-19-cu illərdə PSV-nin şərəfini qoruyub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0