Dele Alli yeni komandası ilə məşqlərə başlayıb
26.12.2024 - 16:48
“Tottenhem”in sabiq futbolçusu Dele Alli karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Komo” ilə məşqlərə çıxacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas oyunçunun performansını bəyənərsə, onunla müqavilə imzalanacaq.
Allinin son ünvanı “Everton” olub. O, bundan başqa “Beşiktaş” və “Tottenhem”də forma geyinib. Dele 2024-cü ilin yayından klubsuzdur.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0