Dembeleyə Premyer Liqadan təklif
30.05.2022 - 12:26
"Çelsi" "Barselona"nın hücumçusu Usman Dembele ilə maraqlanır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 25 yaşlı futbolçunun yay pəncərəsində keçidini hədəf seçib.
Fransa millisinin üzvü kataloniyalıların başa çatan müqavilə müddətini yeniləmək təklifini rədd edib. Bu üzdən Dembele artıq azad agent kimi istənilən komandaya keçə bilər. Fransalı eyni zamanda PSJ və "Liverpul"un da gündəmindədir.
Qeyd edək ki, Usman Dembele ötən mövsüm bütün turnirlərdə 32 oyunda 2 qol vurub, 13 assist edib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0