Türkiyə Super Liqasında baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, Burak Yılmaz "Qaziantep"in baş məşqçisi postunu tərk edib.
Mütəxəssis qərarını "Rizespor"la matçdan (1:2) sonra açıqlayıb. O, sərt açıqlaması ilə yadda qalıb:
"Bu ölkədə hər kəs hakimlərdən şikayətlənir. Mən federasiya ilə əlaqədar çox problem yaşamışam. "Qaziantep" bağlı çoxlu səhvlərə yol verilir. Mətbuat konfransında danışacam, çünki istefa verirəm. Bu günə qədər getməmişəmsə, klub prezidentinə verdiyim dəyərə, vədə görədir. Mənə hörmətsizlik edildi və mən bütün bunlara dözdüm. Prezidentimiz çox vacib bir əməliyyat keçirdi, ona görə də vəzifəmdə qalmağa davam edirdim, amma bu gün gedəcəm.
MHK prezidenti Ferhat Gündoğdu da bərbaddır, hakimlər də. MHK prezidenti niyə istefa vermir? Onun hansı toxunulmazlığı var? Qohumluq əlaqələrindən istifadə edir. Bu, TFF prezidenti ilə işləmək olmaz. Hamı Ferhat Gündoğdu və Fuat Göktaşın oyuncağına çevrilib. Məni cəzalandıracaqlar. Qoy etsinlər. Biri səsini çıxarmalıdır. Heç kim mənim haqqımda "mərc oyunlarında iştirak edib" deyə bilməz. Mən zəng edib onlarla sərt danışdım. Buna görə də hakimlər hər matçda "Qaziantep"in haqqını yedilər. Bunu indi açıq şəkildə bildirirəm. Mən özümdən əmin olduğum üçün dedim ki, mərc istintaqı sona qədər aparılmalıdır. Çünki mən günahsızam. Onlar bunu etmədilər. Məni susdurmaq üçün hilələrə əl atdılar. Mən təkəm. Heç kimim yoxdur, amma vicdanım təmizdir. Məni hədələyə bilməzsiniz. Onlar deyirlər ki, Burak Yılmazın məşqçi olmasına icazə verməyəcəyik”.